Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO

20:10 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.

Hafta.az xəbər verir ki, 5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram çəkisi olan “bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr”dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikası istiqamətinə yola düşüb.